Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı hərbçilərin komandanı, general-leytenant Rüstəm Muradovun Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyanla İrəvanda görüşü zamanı Rusiya Federasiyasının dövlət bayrağı tərsinə asılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Panorama.am” saytı yayıb.
Mənbə yazır ki, görüşdə Qarabağdakı vəziyyət müzakirə predmeti olub.
Qeyd edək ki, bu, Ermənistanın Kremlə qarşı ilk hörmətsizliyi deyil. İstər 2-ci Qarabağ savaşında, istərsə də ondan öncə İrəvanda dəfələrlə Rusiya bayrağı yandırılıb və yerə atılıb.
Bizim.Media