Ermənisayağı SÜLH – Paşinyana müqavilə yox, danışıqlar prosesi LAZIMDIR

Ermənistan yenə sülhdən danışır. Danışmaqla kifayətlənmir, hətta sülh sazişinin imzalanacağı tarixi də iddia edir. Bu dəfə bu iddia ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. O bildirib ki, müqavilə üzərində iş başa çatdırılsa, bu ilin sonuna qədər sülh sazişini imzalamaq olar.

Yada salaq ki, bu iddia ilə ötən ay baş nazir Nikol Paşinyan çıxış etmişdi. Bir ay sonra Ermənistan Təhlükəsizlik Şurasının katibinin belə bir açıqlama verməsi çox təəccüblü görünür. Ortada danışıqlar prosesi, hansısa sülh layihəsinin müzakirəsi yoxdur. Amma bütün bunlara rəğmən ermənilər deyir ki, ilin sonunadək Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlana bilər.

Əslində nə baş verir?

Erməni siyasətçilərinin iddialarını bir kənara qoyub reallığa baxsaq, sülh sazişinin imzalanmasına heç bir əsas görmürük. Əvvəla ona görə ki, sülh sazişinin hələki razılaşdırılmış layihəsi yoxdur. Sonuncu dəfə Azərbaycan öz təkliflərini yazılı şəkildə Ermənistana göndərib. Lakin həmin vaxtdan 2 ay keçməsinə rəğmən Ermənistandan hansısa əməli reaksiya yoxdur.

Digər tərəfdən, Azərbaycan və Ermənistan liderlərinin son görüşü iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə olub. Bundan başqa Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələri iyulun 12-də sonuncu dəfə görüşüblər. Beləcə, son 4 ayda iki ölkə arasında hər hansı bir təmas olmayıb.

Bütün bunlara rəğmən erməni siyasi liderlərinin “optimist” çıxışları heç cür anlaşılmır. Əslində anlaşılır. Anlaşılansa odur ki, Ermənistan sülh yox, sülh prosesinin bərpasını istəyir. Bu proseslərdə yeni format və yeni oyunçuların olmasını istəyirlər. Məsələn, Armen Qriqoryan son bəyanatında qeyd edib ki, sülh üçün danışıqları davam etdirməyə hazırdırlar:

“Vaşinqtonda danışıqlar aparmaq üçün müxtəlif səviyyələrdə imkanlar var. Ermənistan buna hazırdır və ümid edir ki, belə bir görüş baş tutacaq”.

Rusiya və ortada olan anlaşmalar bir kənara atılır

Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında sülh sazişi üçün ilkin hüquqi baza var. Bu 10 noyabr bəyanatı və 11 yanvar anlaşmasıdır. Ən əsası da odur ki, həmin sənədlərin əksər bəndləri icra olunub. Ortada 3 məsələ qalıb. Bu da anklavlar məsələsi, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu 3 məsələdə də ilkin razılıq var.

Lakin Qərbin son il yarım müddət ərzində apardığı siyasət hesabına bu 3 və son məsələdə razılığa gəlmək mümkün olmayıb.

Çünki bu vaxtadək əldə olunan bütün razılaşmalarda vasitəçi Rusiya olub.Lakin Qərb Rusiyanın iştirakı ilə hər hansı bir sülh sazişinin imzalanmasına qətiyyətlə yol vermək istəmir. Ona görə ki, Qərbin Rusiya ilə planları başqadır və belə bir “düşmən və təcavüzkar” ölkənin hansısa sülhdə imzası olması Qərb üçün arzuolunmaz və qəbulolunmaz bir haldır.

Azərbaycan təkbətək görüşün tərəfdarıdır

Azərbaycan imzalanacaq sülh sazişində üçüncü tərəfin olmasını istəmir. Təsadüfi deyil ki, İlham Əliyev oktyabrın 8-də Tiflisdə bəyan etdi ki, Azərbaycan Ermənistan lideri ilə Gürcüstanda görüşməyə və sülh sazişi imzalamağa hazırdır.

Təbii ki, Gürcüstan bu məsələdə tərəf yox, vasitəçi statusundadır. Lakin aradan xeyli zaman keçsə də Ermənistan rəhbərliyi bu təklifə heç bir reaksiya verməyib. Bununla belə Ermənistan addımbaşı sülh sazişini imzalamağa hazır olduğunu deyir. Bu da onu göstərir ki, erməni siyasilər sülh yox, başqa şey istəyir.

Ermənistan nə istəyir?

Ermənilər 200 illik ağalarına təpik atırlar. Onlara dövlət quran, ayaqda saxlayan ruslara “dirsək” göstərirlər. Bu da səbəbsiz deyil. Paşinyan 44 günlük müharibədə və ondan sonrakı proseslərdə Rusiyanın bitərəf mövqeyi ilə barışmır.

Təkcə Paşinyan yox, bütün erməni siyasətçiləri hesab edir ki, Birinci Qarabağ müharibəsində olduğu kimi ikinci Qarabağ müharibəsində də ruslar ermənilər tərəfdən Azərbaycana qarşı vuruşmalıydı. Bu olmayınca ermənilər ruslardan üz döndərdi və yeni ağa, yeni sahib axtarışına çıxdılar.

Yeni ağanı, arxa-dayağı isə okeanın o tayında görürlər. Paşinyan çalışır ki, ABŞ proseslərdə sadəcə vasitəçi olmasın, prosesə rəhbərlik etsin. Daha doğrusu Azərbaycanı yeni sülh şərtlərinə məcbur etsin. Bu da o deməkdir ki, Paşinyan 2020-ci ilin avqust ayındakı status-kvonu bərpa etmək istəyir.

Bu da sadəcə qeyri-mümkündür.

Bu ancaq erməni xülyası ola bilər. Bunun mümkünsüzlüyünü bilən Paşinyan isə xalqı aldatmaq və siyasi hakimiyyətini uzatmaq üçün tezliklə sülh sazişinin imzalanacağını deyir. Guya ki, ABŞ-ın siyasi və hərbi müdaxiləsi ilə ermənilərə sərf edən sülh gələcək. Bu minvalla da Azərbaycanın növbəti həmlələrindən xilas olacaq və yeni nəfəslik qazanacaq.

Amma Ermənistan hakimiyyəti unudur ki, Azərbaycan gözləmək və kiminsə diqtəsi ilə hərəkət etmək istəyindən çox-çox uzaqdır. Hadisələrin inkişafı onu göstərir ki, ən yaxın zamanda Azərbaycan Ermənistanı sülh sazişini imzalamağa məcbur edəcək. Bu prosesə isə təkcə Rusiya yox, həm də Qərb seyirçi qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

AFFA Ülvi Babayevi milliləşdirmək İSTƏYİR

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bakı-Sumqayıt magistralında nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu – VİDEO

Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

Qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi? - Ekspert

Sutkada gömrük postundan nə qədər yük KEÇİR?

Sutkada gömrük postundan nə qədər yük KEÇİR?

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Qanunsuz yolla ölkəyə gətirilməyə cəhd olunan valyutanın həcmi açıqlanıb

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Biləsuvarda ölən DSX əsgərinin FOTOSU

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində dünyasını dəyişdi

Masazırda 1-ci sinif şagirdi məktəbin həyətində dünyasını dəyişdi

İlham Əliyevdən Albaniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Albaniya Prezidentinə MƏKTUB

Ağstafada itkin düşən qadın tapıldı, evə qayıtmaq istəmir – FOTO

Ağstafada itkin düşən qadın tapıldı, evə qayıtmaq istəmir – FOTO

Afət meyxanaçıya ərə gedir - VİDEO

Afət meyxanaçıya ərə gedir - VİDEO

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Ölkəyə gələn sərnişinlər arasında gizlədilmiş mallar aşkarlandı

Ölkəyə gələn sərnişinlər arasında gizlədilmiş mallar aşkarlandı

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

Bu rayon xəstəxanasında 73 həkim vakant yeri VAR

70-dən çox erkən nikahın qarşısı ALINDI – 39 nəfər CƏZALANDIRILDI

70-dən çox erkən nikahın qarşısı ALINDI – 39 nəfər CƏZALANDIRILDI

Cahid Şahbazovla bağlı açılan cinayət işinə XİTAM VERİLDİ

Cahid Şahbazovla bağlı açılan cinayət işinə XİTAM VERİLDİ

Regionlarda tibbi xidmətlə bağlı YENİLİK

Regionlarda tibbi xidmətlə bağlı YENİLİK

Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” – VİDEO

Bakıda TDT-nin media və informasiya üzrə nazirlərinin toplantısı keçirilir – VİDEO

Bakıda TDT-nin media və informasiya üzrə nazirlərinin toplantısı keçirilir – VİDEO

Ukraynada korrupsiya QALMAQALI: Zelenskinin Ofis rəhbərinin evində axtarış aparılır – FOTO

Ukraynada korrupsiya QALMAQALI: Zelenskinin Ofis rəhbərinin evində axtarış aparılır – FOTO

"Şamaxinka"da yeni layihənin icrasına BAŞLANILIR - Sıxlıq aradan qaldırılacaq – VİDEO

"Şamaxinka"da yeni layihənin icrasına BAŞLANILIR - Sıxlıq aradan qaldırılacaq – VİDEO

“Uşaqlar atalarını və evə nə vaxt qayıdacağımızı soruşurlar...” - Foto

“Uşaqlar atalarını və evə nə vaxt qayıdacağımızı soruşurlar...” - Foto

Ronaldonun ailəsində yeni üzv: Hər kəs ondan danışır - FOTOLAR

Ronaldonun ailəsində yeni üzv: Hər kəs ondan danışır - FOTOLAR

Bu avtomobillərin sahibləri əlavə rüsum ödəməlidir - YOXLAMALAR BAŞLADI

Bu avtomobillərin sahibləri əlavə rüsum ödəməlidir - YOXLAMALAR BAŞLADI

Ermənistandan gözlənilməz HƏMLƏ – İrəvan-Moskva münasibətləri yenidən GƏRGİNLƏŞİR

Ermənistandan gözlənilməz HƏMLƏ – İrəvan-Moskva münasibətləri yenidən GƏRGİNLƏŞİR

End of content

No more pages to load

RADİO