"Ermənistanın KTMT-yə ünvanladığı çoxlu sualları var ki, onlara cavab ala bilmir".
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, KTMT tədbirlərində iştirak etməməyin səbəbi də budur:
"KTMT Azərbaycanla qarşıdurma zamanı Ermənistanın yardım çağırışlarına heç bir cavab verməyib. Qarabağ məsələsində isə bildirdilər ki, o, sizin əraziniz deyil".
Bizim.Media