Azərbaycan rəsmisindən Romada Ermənistan nümayəndəsinin təxribatçı çıxışına tutarlı CAVAB - FOTO  

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romadakı mərkəzi qərargahında Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş Assambleyasının 33-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərlik etdiyi nazirlik və Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan adından çıxış edən S.Hacıyeva zəngin mədəni irsimiz, ICCROM ilə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən söz açıb. 

Azərbaycan nümayəndəsi Baş Assambleyada cavab hüququndan istifadə edərək Ermənistanın Mədəniyyət Nazirliyinin əməkdaşının təxribat xarakterli çıxışına tutarlı cavab verib: 

“Mən Ermənistan nümayəndəsinin bu gün etdiyi çıxışa cavab hüququmuzdan istifadə etmək istərdim. Bu çıxış beynəlxalq ictimaiyyətin diqqətini təkcə Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində deyil, həm də Ermənistanın özündə aparılan mədəni təmizləmə faktlarından yayındırmağa yönəlmiş növbəti təxribat cəhdidir. Otuz il ərzində Ermənistan Azərbaycanın mədəni irsini geniş miqyasda dağıdıb, talan və vandalizmə məruz qoyub. Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində yerləşən mədəni abidələrindən 100 mindən çox artefakt oğurlanaraq qanunsuz olaraq Ermənistana aparılıb.

Ermənistan hakimiyyəti bütün azərbaycanlıları öz tarixi vətənlərindən – bu gün Ermənistanda olan Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi və Vedidən qovmaqla, Azərbaycana qarşı təcavüzü daha da artıraraq işğal və etnik təmizləmə aparıb. Ermənistanda azərbaycanlıların fiziki izlərinin qəsdən məhv edilməsi onların tarixi torpaqlarından silinməsinin vacib elementi idi.
Azərbaycanın bütün ərazilərinin və toponimlərinin adları dəyişdirilib, Azərbaycanın tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları məqsədli şəkildə Ermənistan ərazisində hədəfə alınıb, vandalizmə məruz qalıb və ardıcıl olaraq məhv edilib”. 

O vurğulayıb ki, Azərbaycan öz tarixi-mədəni irsinə qarşı törədilmiş vəhşilikləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciət edərək bu irsin qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb. 

Həmçinin bildirilib ki, Azərbaycan üçün müharibə bitib və ölkə öz suverenliyini tam bərpa edib. Eyni zamanda, Azərbaycan bu bölgənin əsl və tarixi simasını və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

End of content

No more pages to load

RADİO