İcma: Ermənistan tərəfi azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir

“Məlum olduğu kimi, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç 2023-cü il oktyabrın 23-də Qərbi Azərbaycan İcmasını ziyarət edərək, Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşmüşdür. Ermənistan tərəfi xüsusilə bu görüşdən sonra Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlar çərçivəsində özünün insan hüquqları gündəliyi üzrə apardığı fəaliyyətə qarşı misli görünməmiş qarayaxma və təzyiq kampaniyası aparır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının noyabrın 6-da yaydığı bəyanatda bildirilib.

“Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi 2023-cü il noyabrın 6-da açıq şəkildə bildirmişdir ki, Ermənistan tərəfi bu ölkədən qovulmuş azərbaycanlılar məsələsi ilə məşğul olmasını dayandırması üçün Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə ciddi təzyiqlər göstərir. Ermənistan XİN-in sözçüsü hətta iddia etmişdir ki, Ermənistanın göstərdiyi təzyiqlərə görə D.Miyatoviç səfərinin yekunlarına dair yaydığı mətbuat relizində Ermənistandan olan azərbaycanlı qaçqınlarla keçirmiş olduğu görüşü barədə istinad verməmişdir. 

Qərbi Azərbaycan İcması Ermənistanın həyata keçirdiyi qarayaxma kampaniyasını insan hüquqlarına, ifadə azadlığına və vətəndaş cəmiyyətinə qarşı təzyiq və hörmətsizlik hesab edir. Bu kampaniya bir daha onu sübut edir ki, Ermənistan hökuməti azərbaycanlılara qarşı irqi ayrı-seçkilik siyasətini davam etdirir və qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmasına imkan yaratmaq niyyəti yoxdur. 
İcma beynəlxalq insan hüquqları təsisatlarını, ələlxüsus, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçi Ermənistanın təzyiqlərinə məhəl qoymamağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtması məsələsi ilə məşğul olmaqda davam etməyə çağırır”, - deyə bəyanatda vurğulanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

Sabahın HAVASI: Bəzi yerlərdə yağış yağacaq

End of content

No more pages to load

RADİO