Köçəryan oğlunu həbsdən qurtarmaq üçün gülünc metoda ƏL ATDI – DETALLAR  

Ermənilər üçün müqəddəs heç nə yoxdur. Onlar özlərinin qəbul etdiyi ixtiyari qərarı həqiqət və doğru bilirlər. Bu təkcə qeyri-millətlərə qarşı münasibətdə sərgilənmir, həm də korporativ maraqlarda üzə çıxır.

Məsələn, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan bu ilin sentyabr ayının 25-də İrəvanda hökumət əleyhinə keçirilən aksiyalardakı çıxışına görə saxlanılıb.  

Artıq 2 aya yaxındır ki, Levon həbsdədir. Oğlunu həbsdən xilas etmək üçün ata Köçəryan bütün variantlara əl atsa da Paşinyan güzəştə getməyib. Hələ Levonun xanımı gözəl Siranuşun çabalarını demirik. Bütün təşəbbüslərə baxmayaraq  Levonun  bu gedişlə hələ bir müddət həbsdə qalacağı ehtimal edilir. Lakin sabiq prezident bununla barışmaq istəmir.  

Buna görə də növbəti fırıldağa əl atıb.  

Köçəryan oğluna əvvəlcə deputat mandatı qazandırmaq, sonra da deputat toxunuzmazlığını əsas gətirərək onu həbsdən xilas etmək istəyir. Artıq bu istiqamətdə proseslərə start verilib. Belə ki, Köçəryanın şəxsi xahişi ilə deputat Armen Çarçyan mandatdan “imtina” edib. Beləcə, Köçəryanının partiyasının parlamentdə bir mandatı sahibsiz qalıb.  

Robert Köçəryan da bu mandatı oğlu Levona peşkəş eləmək istəyir.  

“Ermənistan” müxalifət fraksiyasından olan deputat Artsvik Minasyan Sputnik Ermənistan-a müsahibəsində qeyd edib ki, Levon Köçəryanın mandat alması üçün heç bir əngəl yoxdur. 

Lakin, deyilənlər reallıqla qətiyyən uzlaşmır. Belə ki, Milli Assambleyada  “Ermənistan” müxalifət blokunun 37 mandatı var. Levon Köçəryansa partiyanın tərtib etdiyi siyahıda 50-cidir. Bu isə o deməkdir ki, Levonun 13 nəfəri tapdalıyıb mandat alması nə Köçəryan partiyasının nizamnaməsinə, nə də ki, insanlığa sığmır. Amma unutmayaq ki, köçəryankimilər insanlıqdan uzaq olduqları üçün onlar üçün müqəddəs heç nə yoxdur.  

Əsas korporativ maraqlardır. 
 

Partiya funksioneri Artsvik Minasyan onu da bildirib ki, noyabrın 6-da partiya rəhbərliyi məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edəcək. Bundan sonra Konstitusiya Məhkəməsinin qərarı ilə Köçəryan həbsdən azad ediləcək və Milli Assambleyanın növbəti iclasına qatılacaq. Beləcə, Paşinyanın hüquqi cəhətdən əl-qolu bağlanacaq. Köçəryansa revanş fürsəti qazanacaq.  

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Paşinyan metroda Qarabağdan köçən şəxsə: “Siz qaçdınız!” - VİDEO

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Qətərdə helikopter qəzasında həlak olan 6 nəfərin meyiti tapıldı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Bu matçda qalmaqal - Maksim Medvedev komandanı meydandan çıxardı

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Xoşqədəm Hidayətqızı sığınacağa yerləşdirdiyi qadını ziyarət etdi - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

"Formula-1" üzrə builki Azərbaycan Qran-prisi ləğv oluna bilər? - AÇIQLAMA

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

“İllər keçir, amma bəzi yaralar sağalmır” - FOTO

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

Sumqayıtda tonqalda xəsarət alanların SON VƏZİYYƏTİ

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

İran İsrailin Ben-Qurion aeroportuna dronlarla hücum etdi

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Millimiz Almaniyada 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı

Kürdəmirdə avtomobil yandı - VİDEO

Kürdəmirdə avtomobil yandı - VİDEO

End of content

No more pages to load

RADİO