Qərb yenə Ermənistana SAĞ GÖSTƏRİR – Zərbə isə SOLDAN VURULACAQ...

Erməni cəmiyyətində və onların xaricdəki havadarlarında belə bir əminlik var ki, Azərbaycan dayanmayacaq. Əldə etdikləri uğurları daha da inkişaf etdirmək istəyən Azərbaycan hətta Ermənistan ərazisinə girəcək. Bu “təhlükəni” aradan qaldırmaq üçün ermənilər və onların xarici himayədarları müxtəlif fikirlər səsləndirirlər.

Məsələn, ABŞ-da fəaliyyət göstərən Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu belə bir iddia irəli sürüb ki, Qərb ən qısa zamanda Ermənistanın təhlükəsizliyini təmin etməlidir:

“Əks təqdirdə Ermənistanın daha böyük əraziləri Azərbaycan tərəfindən tutula bilər. Azərbaycanın işğalının soyqırıma çevrilməsi üçün təhlükəli dərəcədə yüksək risk mövcuddur”.

İnstitut bir qədər də qabağa gedərək ABŞ-ı və Aİ-ni Ermənistanı taleyin ümidinə buraxmaqda ittiham edib:

“Qərb Ermənistan ərazisindən keçən bütün mümkün dəhlizlərə nəzarət etməsində rəsmi İrəvana kömək etməli və Fransadan nümunə götürərək Ermənistana hərbi yardım göstərməyə başlamalıdır”.

Lemkin İnstitutu həmçinin rəsmi İrəvanı sərhədlərinin qorunmasında daha çox öz gücünə arxalanmağa çağırıb: “Əgər Azərbaycan Ermənistanı işğal etsə, başı Ukrayna, İsrail və Fələstinə qarışan Aİ və ABŞ-ın Ermənistanı qorumaq üçün lazımi hərbi yardım təklif edə bilməyəcəyindən narahatlıq var”.

Qərb hər şeyi niyə öz “arşını ilə ölçür”?

Bəri başdan deyək ki, Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu hər zaman ermənpərəst mövqedən çıxış edib. Ötən illərdə də bu institut erməni diasporundan az yardım almayıb. Ona görə də İnstitut rəhbərliyi ermənilərin “haqqını” qaytarmaq istəyir. Bu missiya ABŞ və Aİ-ni Azərbaycana qarşı təzyiqlərə təşviq etməkdən ibarətdir.

Lakin lemkinçilər həm öz iddialarında, həm də gətirdikləri “faktlar”da reallıqdan çox-çox uzaqdadırlar. Əvvəla Azərbaycan Ermənistan ərazisini işğal etməyib. Əksinə, Ermənistan Azərbaycana məxsus 7 anklavı öz nəzarətində saxlamaqda davam edir. Bundan əlavə Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Ermənistana qarşı ərazi iddiası yoxdur.

Bununla belə ermənilər və onların Qərbdəki havadarları sərsəm fikirlər səsləndirməkdə davam edirlər. Bu da ondan irəli gəlir ki, ermənilər və onların dostları hər şeyi öz “arşınları ilə ölçürlər”. Əslində Qərb hər zaman “sağ göstərib, sol vurub”. Ona görə də Qərbin bu “narahatlığı”nda müəyyən “məntiq” var.

Çünki Qərbin heç zaman sözü ilə əməli düz gəlməyib. Dildə dövlətlərin müstəqilliyinə hörmətdən, demokratik və humanist prinsiplərdən danışsalar da son nəticədə dünyanı qana çalxayan məhz Qərb olub. Bu gün Ukraynada, Fələstində, Suriyada və digər ölkələrdə günahsız insanlara, uşaqlara, qocalara qarşı qətliam törədilməsində tək günahkar və səbəbkar Qərbdir.

Lemkinçilər 35 ildə harada idilər?

30 il Azərbaycan ərazisinin 20 faiz işğalına, bir milyon insanın qaçqın düşməsinə, 25 mindən artıq insanın həlak olmasına, 4 mindən artıq azərbaycanlının itkin düşməsinə göz yuman məhz “qüdrətli və ədalətli” Qərb olub. Həmin Qərbin siyasi dəyənəklərindən biri olan Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutunun birdən ortaya atılması da məhz bu ikili standartların nəticəsidir.

Xocalıda, Meşəlidə, Qaradağlıda, Qukarkda azərbaycanlılar soyqırıma məruz qalanda görəsən lemkinçilər harda gizlənmişdi? Axı, son 35 ildə minlərlə azərbaycanlı ermənilər tərəfindən ən ağır əzaba düçar olub, xüsusi qəddarlıqla qətlə yetiriliblər. Bəs, onda lemkinçilər hansı erməninin ətəyində uyuyurdu?!

Hər şey yeni başlayır

Amma ermənilərin və onların xarici havadarları narahatlıq keçirtməkdə düzgün edirlər. Çünki Azərbaycan hələ son sözünü deməyib. Ən yaxın zamanda 7 anklav da Azərbaycanın idarəçiliyinə qaytarılacaq, Zəngəzur dəhlizi də açılacaq və ən başlıcası son 40 ildə indiki Ermənistan ərazisindən qovulan 300 min azərbaycanlı öz dədə-baba ocaqlarına qayıdacaq. Bu quru vəd yox, qəti sonluqdur. Ona görə də ermənilərin və onların havadarlarının narahat olmasına dəyər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

End of content

No more pages to load

RADİO