Semyon Peqov İrəvanda gördüklərindən depressiyaya düşdü: “Robert Köçəryan, 2-ci Qarabağ savaşında harada idin?”

Tovuz hadisələrində və 2-ci Qarabağ savaşında Azərbaycanın əleyhinə hazırladığı videoreportajlarla yadda qalan rusiyalı jurnalist Semyon Poqov “ÇBK Peqov” Telegram kanalında İrəvana etdiyi son ziyarətindən yazıb. 

O, statusunda Ermənistan paytaxtına gəldiyini, gördüklərindən depressiyaya düşdüyünü və sabiq prezident Robert Köçəryanın 2-ci Qarabağ savaşında gözləndiyini dilə gətirib.

Mövzunun aktuallığını nəzərə alaraq həmin yazını Bizim.Media diqqətinizə çatdırır:
 

MÖVZU İLƏ BAĞLI:

Milyarder Abramyan hakimiyyəti Paşinyandan almaq üçün Moskvadan İrəvana uçur - DETALLAR


“Ötən gün İrəvanı ziyarət etdim. Xalqın indiki etirazı barədə xüsusi bir hesabat hazırlamaq fikrim var idi. Yenə də etirazlar bizim profilimizdir. Sonda heç bir şey çəkmədik. Tənbəl olduğumuz üçün deyil, çünki çəkməyə bir şey yox idi.

Siyasi elitalar - indiki və ya keçmiş olsun, əhalinin böyük əksəriyyətində darıxdırıcı ümidsizlik yaradıb. İnsanlar tamamilə ümidsizdirlər.

Paşinyana gəlincə, bunu başa düşmək olar. Ona şəxsən özünün və komandasının hələ dəqiq cavab vermədiyi ikinci Qarabağ müharibəsi ilə bağlı bir çox sualım var. Cavab verməyin vaxtı gəlib. Baş Qərargah rəisi Onik Qasparyan tərəfindən edilən demarş da Hadrut və Şuşanın süqutu ətrafında vəziyyətə aydınlıq gətirmədi. Cavablar haradadır? Kimə sual verməliyəm?

Ən qatı görünən müxalifətçi (Paşinyana görə), keçmiş prezident Robert Köçəryana gəlincə, o, heç bir açıqlama verməyib.

Üstəlik, həmsöhbətlərimin çoxu əmindir ki, müharibənin nəticələri üçün məsuliyyətin əhəmiyyətli bir hissəsi onun da üzərinə düşür. Məsələ hər böyük siyasətçinin sahib olduğu korrupsiya halqasında deyil.

Köçəryanın 50/100/200/300 nəfərlik bir dəstə toplayaraq Qarabağ cəbhələrindən birində döyüşməyə kim mane oldu? Paşinyan səni içəri buraxmadı? Doğrudanmı? Doğrudan da torpaq uğrunda vuruşmaq və ölmək istəyirdisə, kimisə cəbhəyə buraxmamaq mümkündürmü? Birinci müharibənin qəhrəmanlarından və komandirlərindən kim həqiqətən cəbhədə idi?

Barmaqla saymaq olar. Bunu bütün döyüşçülər yaxşı bilir. Köçəryan kimi insanları şəxsi rahatlıq bürüyüb. Paşinyanın anti-reytinqi sayəsində reytinqini yüksəltmək qəhrəmanlıq etməkdən daha asandır. Bütün bunlar çox iyrəncdir.

Bu gün müharibənin nəticəsi və Ermənistanın gələcəyi barədə ürəkdən narahat olan yeganə qüvvə Azataqrum (Qurtuluş) hərəkatıdır.

Onlar siyasətə ondan ötrü gəlmirlər ki, dövlət portfellərini və piroqlarını bölüşdürsünlər. Belə söhbətləri eşitməmişəm.

Bəli, gənc uşaqlar var. Siyasi intriqalarda bərkiməyiblər. Onlarla danışacaq çox mövzu var.

Başa düşürlər ki, Rusiya ilə ittifaq yaratmadan, Qarabağı satan Qərblə mübarizə aparmadan bölgədə sülh olmayacaq. Onların öz arqumentləri var. Və insanlar bu arqumentləri eşidirlər. Onların tərəfdarlarının sayı artmaqdadır və bu, şübhəsiz ki, hələ də mübarizə ümidini itirməyən erməni cəmiyyətinin ən passionar hissəsidir.

Gəlin görək uşaqlar ətrafda laqeyd olmayanların hamısını birləşdirə biləcəklərmi?

Yenə də təkrar edirəm, İrəvanda gördüyüm mənzərə insanı depressiyaya salır. Ümid edirəm ki, bu, müalicə ediləndir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı idmançıların reytinqi AÇIQLANDI - İLK ÜÇLÜK

Azərbaycanlı idmançıların reytinqi AÇIQLANDI - İLK ÜÇLÜK

SABAHIN HAVASI: Bəzi yerlərdə duman olacaq

SABAHIN HAVASI: Bəzi yerlərdə duman olacaq

İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - FOTO

İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi - FOTO

Cəlilabadda baş verən faciə ilə bağlı YENİ DETALLAR -FOTO

Cəlilabadda baş verən faciə ilə bağlı YENİ DETALLAR -FOTO

AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək

AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək

TDT-nin Bakı görüşündə birgə bəyanat qəbul edildi

TDT-nin Bakı görüşündə birgə bəyanat qəbul edildi

Sumqayıtda DƏHŞƏT - Bir ailədən 5 uşaq dəm qazından zəhərləndi

Sumqayıtda DƏHŞƏT - Bir ailədən 5 uşaq dəm qazından zəhərləndi

Üzgərdirmə etdirən məşhurlar gündəm oldu - “Yadplanetlilər yerə enib”

Üzgərdirmə etdirən məşhurlar gündəm oldu - “Yadplanetlilər yerə enib”

Apreldə pul problemi yaşaya biləcək BÜRCLƏR

Apreldə pul problemi yaşaya biləcək BÜRCLƏR

Bakıda QORXUNC HADİSƏ: Binanın giriş qapısının üstündəki beton plitə uçdu - VİDEO

Bakıda QORXUNC HADİSƏ: Binanın giriş qapısının üstündəki beton plitə uçdu - VİDEO

Acunu tənqid atəşinə tutub, Azərbaycana təşəkkür etdilər - VİDEO

Acunu tənqid atəşinə tutub, Azərbaycana təşəkkür etdilər - VİDEO

Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Xanımı Polad Həşimovun həmin FOTOSUNU paylaşdı

Elvin ona hədiyyə göndərdi, süni intellektdir deyib inanmadı – VİDEO

Elvin ona hədiyyə göndərdi, süni intellektdir deyib inanmadı – VİDEO

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA – EKSKLÜZİV

Paşinyanın Rusiyadan təhlükəsiz qayıtması ilə bağlı Aleksanyandan AÇIQLAMA – EKSKLÜZİV

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bərdə bazarında ANTİSANİTARİYA - FOTO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bəlli oldu – FOTO/VİDEO

Bakı-Sumqayıt yolundakı tıxacın səbəbi bəlli oldu – FOTO/VİDEO

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata-ananın SON DURUMU açıqlandı

18 yaşlı oğlu tərəfindən bıçaqlanan ata-ananın SON DURUMU açıqlandı

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salındı - FOTO

İlham Əliyev Türkiyənin Vitse-prezidenti ilə GÖRÜŞDÜ - FOTO

İlham Əliyev Türkiyənin Vitse-prezidenti ilə GÖRÜŞDÜ - FOTO

Britaniya Hörmüz boğazına görə 30 ölkəni toplayır

Britaniya Hörmüz boğazına görə 30 ölkəni toplayır

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI

Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT – VİDEO

Ağdam-Xankəndi dəmir yolunun tikintisi ilə bağlı SON VƏZİYYƏT – VİDEO

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Azərbaycanda 3 uşağa görün kimin adı QOYULUB

Abas Miskərliyə yüksək vəzifə verildi

Abas Miskərliyə yüksək vəzifə verildi

End of content

No more pages to load

RADİO