Rusiya sülhməramlıları Kəlbəcər bölgəsinə 80 ton humanitar yükün çatdırılmasını təmin edib.
Bizim.Media Rusiya Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, sosial obyektlərin, yaşayış evlərinin enerji və su təchizatı sistemlərinin bərpası üçün Rusiya Humanitar Reaksiya Mərkəzinin on birinci karvanı Xankəndi-Suqovuşan - Kəlbəcər marşrutu ilə hərəkət ediərək 80 ton yükü Kəlbəcər rayonuna çatdırıb.
Qeyd edilib ki, ümumilikdə Rusiya sülhməramlılarının köməyi ilə on bir avtomobil karvanı 1600 tondan çox yük daşıyıb.
Bizim.Media