Dağıstanda XAOS BÖYÜYÜR – Soydaşlarımızın yaşadığı Dərbənddə SON VƏZİYYƏT

“Dərbənddə, ümumiyyətlə Dağıstanda yaşayan soydaşlarımız Mahaçqalada baş verən hadisələrin təsirinə düşməməli, özlərini çox təmkinli aparmalıdırlar”. 

Bunu Bizim.Media-ya açıqlamasında tanınmış jurnalist, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Mahaçqaladakı iğtişaşlarda 60 nəfər saxlanıldı


Onun sözlərinə görə, Dağıstanda ötən gün baş verənlər çox böyük təəssüf hissi doğurur və bu yaşananlar təxribatçı qüvvələrin əvvəldən planlaşdırdığı planın bir hissəsidir və Dağıstanda yaşayan azərbaycanlılar çox böyük təmkin və səbr nümayiş etdirməlidirlər:

"Mahaçqalada baş verənlərin fonunda bu gecə 200 mindən çox azərbaycanlının yaşadığı Dərbənd şəhərində müəyyən gərginlik olsa da, şükürlər olsun, hər hansı qarşıdurma yaşanmayıb.  

Gecə boyu Dərbənd polisi şəhərdəki sinaqoqa nəzarət edib, mühafizə ciddi şəkildə təmin edilib. Şəhər rəsmiləri vəziyyəti nəzarətə götürüblər. Bəzi yəhudi ailələrinin orada gecələdiyi barədə məlumatlar var. Rusiya Ravvinliyinin Dərbənd nümayəndəliyinin də bir müraciətinin yayıldığı bildirilir. Müraciətdə onların nə edəcəklərini bilmədikləri, lazım gələrsə, 400-ə yaxın yəhudi ailəsinin bölgədən köçürülməsi öz əksini tapıb. Amma hələlik bununla bağlı hər hansı rəsmi məlumat yoxdur". 

Müqəddəs Mehdiyev qeyd edib ki, Dərbənd şəhərindəki Cümə məscidinin axundu Seyid Haşim Teyyubovun da xalqa müraciət etdiyi, soydaşlarımıza ölkədə baş verənlər hadisələrə böyük səbr və təmkinlə yanaşmağı tövsiyyə etdiyi barədə məlumatlar da var.  

Ümumiyyətlə, Dağıstanda baş verənlərlə bağlı Dağıstan Respublikasının rəhbəri Sergey Melikov və digər rəsmilərin çıxış və müraciətlərində əhalini təmikinli olmağa çağırıblar.

Bildirilib ki, Dağıstanda əsrlər boyu yəhudilərlə bütün xalqların nümayəndələri mehriban şəraitdə yaşayıb və əhali təxribatçı qüvvələrin qızışdırıcı mövqelərinə uymamalı və böyük təmkin nümayiş etdirməlidir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı VERDİ

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sərnişin avtobusunun sürücüsündən TƏHLÜKƏLİ MANEVR - VİDEO

Sürücülərin diqqətinə!

Sürücülərin diqqətinə!

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

Ərdoğan helikopter qəzası ilə bağlı başsağlığı verdi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

İstanbul valisi: Dağıntılar altında qalan 9 nəfərdən 7-si xilas edildi

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Netanyahudan Avropa ölkələrinə çağırış: “Müharibəyə qoşulun"

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

Azərbaycan müğənnilər Rusiya toylarına neçəyə gedirlər?

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Cəbrayılda tonqalı Dədə Qorqud yandırdı - FOTO

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Ərəb Əmirliklərinin yük gəmisinə HÜCUM

Rus ordusu Potapovkanı işğal etdi

Rus ordusu Potapovkanı işğal etdi

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

Şəbnəm Tovuzlunun Kamil Zeynallı ilə görüntüsü yayıldı - VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

İsrailin bu şəhərləri viran qalıb - FOTO/VİDEO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Mahir Emreli Miroslav Kloze ilə görüşdü - FOTO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

Naxçıvanda restoranda yanğın - İşçilərlə müştərilər təxliyə edildi - VİDEO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

ABŞ-ın İranla müharibəyə çəkdiyi xərc bilindi - FOTO

Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Avtomobil 7 yaşlı uşağı vuraraq öldürdü

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Moskva-Bakı reysində HƏYACANLI ANLAR: Təyyarə geri qayıtdı

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

Oman yığması Azərbaycana gəlməkdən imtina etdi

İran 23 gündür internetsiz qalıb

İran 23 gündür internetsiz qalıb

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Mingəçevirdə sabiq məktəb direktoru dünyasını dəyişdi - ÖZƏL

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

Helikopter qəzasında 1 türk hərbçi, ASELSAN-ın 2 əməkdaşı həlak olub - FOTO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda iki bina çökdü - Dağıntılar altında qalanlar var - VİDEO

End of content

No more pages to load

RADİO