Paşinyan həqiqətən sülh istəsəydi... – TƏHLİL

İki gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibə verdi. Həmin müsahibənin əsas hissəsi Ermənistan-Azərbaycan münasibətlərinə həsr olunmuşdu. Maraqlıdır ki, erməni baş nazir iştahla sülh sazişindən danışdı.

Azərbaycanla nəinki sülh sazişini imzalamağa və hətta 3+3 platformasına “töhfə verməyə” hazır olduqlarını bildirdi. Paşinyanın tanımayanlar bəlkə də onun yanğılı danışığına inanardı.

Düşünərdi ki, doğrudan da Paşinyan sülh istəyir. Amma təəssüflər olsun ki, biz Paşinyanı çox gözəl tanıyırıq və onun erməni xislətinə dərindən bələdik. O tipik erməni kimi bir qayda olaraq gizli niyyətini yox, auditoriyanın eşitmək istədiyi fikirləri söyləyir. Buna isə siyasi riyakarlıq deyirlər. Nə Paşinyan, nə erməni faşistləri, nə də ki, onların xaricdəki havadarları Azərbaycanla sülh sazişinin imzalanmasını istəmirlər və bu gedişlə də bundan sonra da isləməyəcəklər. Onları sülh sazişinə ancaq “Dəmir yumruq” zorlaya bilər.

Ermənistan niyə sülh istəmir?

Ermənistanın sülh istəməməsinin bir çox daxili və xarici səbəbləri var.

- Əgər Paşinyan Azərbaycanla sülh sazişi imzalasa, onda ermənilər 150 illik dənizdən-dənizə “Böyük Ermənistan” iddiasından əl çəkməlidirlər. Bu isə nə Ermənistandakı mövcud siyasi hakimiyyətə, nə də ki, revanşistlərə lazım deyil. Çünki, siyasi manipulyasiya onlar üçün hər şey deməkdir.

- Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması bir çox qlobal güclərə də lazım deyil. Çünki, Ermənistan xüsusi təyinatlı terror dövlətidir. Ermənistanın yaradılma səbəbi də regionda dövlət səviyyəsində terror həyata keçirməkdir. Bu missiyadan əl çəkmək Ermənistanın sonu deməkdir. Çünki bu ölkə apardığı terrorçuluq fəaliyyətinə görə qlobal güclərdən qrant alır. Təkcə Ermənistan yox, dünyadakı əksər ermənilər məhz bu xidmətlərinə görə ayaqda qalırlar. Bir sözlə sülh Ermənistan üçün hər şeyin sonu deməkdir. Ona görə də Ermənistan sülh sazişindən boyun qaçırmaq məcburiyyətindədir.Onların ikinci variantı yoxdur.

Qlobal güclər neytral qalanda nə baş verir?

Ermənistan hər zaman qlobal güclər tərəfindən idarə olunub. Lakin bu o demək deyil ki, qlobal güclər hər zaman ermənilərin arxasında dayanır. Əsla! Müəyyən tarixi məqamlarda həmin güclər sivilizasiya qarşısında ifşa olunmamaq və Azərbaycanın dəmir məntiqi qarşısında geri çəkilib. Məsələn, 44 günlük müharibədə Rusiya və ABŞ haqq savaşımız qarşısında loyal mövqe sərgilədi.

Fransa, İran kimi dövlətlərsə Ermənistana müəyyən dəstək versə də bu yetərli deyildi. Ona görə də Azərbaycan cəmi 44 gün ərzində işğal altında olan torpaqlarını azad etdi, Ermənistanı üçtərəfli sazişə məcbur etdi. Eləcə də sentyabrın 19-da Azərbaycan dövlətinin Qarabağda bir günlük lokal antiterror tədbirləri zamanı da Rusiya və ABŞ neytrallığını saxladı.

Nəticədə Azərbaycan cəmi 23 saata bütün Qarabağda öz suveren hüquqlarını bərpa etdi.

Qlobal güclər heç də hər zaman neytral və tərəfsiz qalmır

Gizli və açıq şəkildə həm Rusiya, həm ABŞ, həm də digər böyük dövlətlər zaman-zaman Ermənistana dəstək verib, arxa durub. Yada salaq ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdan sonra əldə edilmiş razılaşmaya əsasən müəyyən pozitiv addımlar atıldı.

Həmin vaxt çoxları hesab edirdi ki, ən azı 2021-ci ilin yazında Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq. Hətta 2021-ci ilin yanvarında Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin birəgə işçi komissiyası yaradıldı. Bundan başqa sərhədlərin delimitasiyası və demarkasiya prosesi başladı. Birdən-birə 2021-ci ilin aprelində Ermənistanda seçki oyunu başladı və bütün proseslər dayandı.
Ötən 3 ildə həm ABŞ, həm Aİ, həm də Rusiya tərəfindən sülh üçün müəyyən təşəbbüslər oldu. Ancaq bu təşəbbüslər nəticə üçün yox, prosesi uzatmaq üçün edilirdi. Yəni həm Rusiya, həm ABŞ, həm də Aİ Cənubi Qafqazda davamlı sülh istəmir.

Onlar Ermənistanı sülhə yox, müharibəyə təşviq ediblər

Qlobal güclərin ikili siyasəti və Ermənistan hakimiyyətinin riyakarlığı Azərbaycanı yenidən hərbi yola əl atmağa məcbur etdi. Təsadüfi deyil ki, son vaxtlar ermənilərin müharibə ritorikaları xeyli çoxalmışdı. Üstəlik, Paşinyan başda olmaqla Ermənistan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünə yenidən dil uzatmağa başladılar.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarıyla görüşdə bu mənzərəni çox gözəl təsvir etdi:

“Bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi.

Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı”.

Qeyd etdiyimiz görüşdə Azərbaycan lideri Ermənistanın sülh danışıqlarından necə boyun qaçırdığını təkzibolunmaz faktlarla diqqətə çatdırdı.

Dövlət Başçısının həmin görüşdə səsləndirdiyi daha bir maraqlı arqumentə diqqət edək:

“Oktyabrın 12-də Rusiya tərəfinin təklifi ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkekdə görüşü olmalı idi… Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi.

İndi sual yaranır: Ermənistan sülh istəyirmi?

Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış.

Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır”. Bu isə Ermənistanla bağlı sözün bitdiyi yerdir. Yəni rəsmi İrəvan ya bütün buxovlarını qurub sülh sazişinə imza atacaq, ya da onu daha qaranlıq günlər gözləyir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

FHN əhaliyə MÜRACİƏT ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Ölkə ərazisində külək güclənəcək - XƏBƏRDARLIQ

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

Naxçıvanda minik maşını ilə avtobus toqquşdu, xəsarət alanlar var - FOTO

“Mançester Yunayted” yeni baş məşqçisindən bunu TƏLƏB EDƏCƏK

“Mançester Yunayted” yeni baş məşqçisindən bunu TƏLƏB EDƏCƏK

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs SAXLANILDI

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs SAXLANILDI

2026-cı ilin sonuna qədər ev və maşın alacaq 5 BÜRC

2026-cı ilin sonuna qədər ev və maşın alacaq 5 BÜRC

Alena Əliyeva Kerol Förmenin sərgisindən paylaşım etdi - FOTO

Alena Əliyeva Kerol Förmenin sərgisindən paylaşım etdi - FOTO

Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”

Günay Ağamalı: “İnsan azad danışa bilər, amma əxlaqı tapdalaya bilməz”

Qanda şəkərin azalması üçün nə içmək lazımdır? - Alimlər bu çayı tövsiyə edir

Qanda şəkərin azalması üçün nə içmək lazımdır? - Alimlər bu çayı tövsiyə edir

Gizlicə yayılan XƏRÇƏNG NÖVÜ - Qadınlar hansı riskləri daşıyır?

Gizlicə yayılan XƏRÇƏNG NÖVÜ - Qadınlar hansı riskləri daşıyır?

AYNA 5 min sürücü hazırlayacaq - FOTO

AYNA 5 min sürücü hazırlayacaq - FOTO

Naxçıvan‑Bakı avtobus reysində YÜK PROBLEMLƏRİ - Niyə salona yığılır? – VİDEO

Naxçıvan‑Bakı avtobus reysində YÜK PROBLEMLƏRİ - Niyə salona yığılır? – VİDEO

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” təlimlərinin növbəti mərhələsi təşkil olunub - FOTO

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” təlimlərinin növbəti mərhələsi təşkil olunub - FOTO

Trampı ÖLDÜRMƏYƏ çalışan şəxsin aqibəti BƏLLİ oldu

Trampı ÖLDÜRMƏYƏ çalışan şəxsin aqibəti BƏLLİ oldu

Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir?

Neft qiymətləri ilə bağlı mühüm xəbər: 53 dollarlıq ssenari nə vəd edir?

Alzheimer xəstəliyinin müalicəsində İNQİLAB

Alzheimer xəstəliyinin müalicəsində İNQİLAB

Qırmızı diplomlar tarixə QOVUŞUR?

Qırmızı diplomlar tarixə QOVUŞUR?

Bakıda keçiriləcək WUF13 Ümumdünya Şəhərsalma Forumu üçün media akkreditasiyasına start verildi

Bakıda keçiriləcək WUF13 Ümumdünya Şəhərsalma Forumu üçün media akkreditasiyasına start verildi

End of content

No more pages to load

RADİO