“İlk görüşümüz zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla mən Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski X sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, Ukrayna regionun sabitliyində və bütün xalqlarla dostluq münasibətlərində maraqlıdır.
Xatırladaq ki, Zelenski Qranadada keçirilən Avrosammit çərçivəsində Paşinyanla ayaqüstü söhbət edib.
Bizim.Media