"Qarabağ münaqişəsi Ermənistan hakimiyyətinin siyasi savadsızlığı nəticəsində məntiqi sonluqla başa çatıb".
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın keçmiş mədəniyyət naziri, şair Akop Movses (Akop Akopyan) deyib.
“Təəssüf ki, 30 ildən artıqdır ki, biz Qarabağ problemini hökumət probleminə - hakimiyyətdə qalmaq, hakimiyyətdən çıxmaq probleminə çevirmişik. Nəticədə Qarabağ məsələsi belə sona çatmalı idi. Bu isə heç bir şübhə doğurmamalıdır", - deyə o, qeyd edib.
Bizim.Media