Ermənistanın Baş naziri Nikol Paşinyan son 3 ildə İrəvandan Qarabağdakı separatçılara göstərilən yardımlar barədə açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə Paşinyan parlamentdə çıxışı zamanı məlumat verib.
“Ermənistan Respublikası son 3 ildə Qarabağdakı separatçılara bir milyard dollardan artıq maliyyə yardımı edib. Mənim təhlillərimə görə Qarabağ ermənilərinin bu müddət ərzində heç nəyə ehtiyacı olmayıb”, - deyə erməni nazir vurğulayıb.
Bizim.Media