“Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı qərar Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə qəbul edilib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mətbuata açıqlaması zamanı bildirib.
Lavrov ölkə rəhbəri Vladimir Putinin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməsi ilə bağlı yayılan iddiaları təkzib edib.
Bundan başqa, o qeyd edib ki, Ermənistanın baş naziri Praqada keçirilən Avropa sammitində Ermənistan və Azərbaycanın 1991-ci il sərhədləri çərçivəsində bir-birini tanıyacağına dair sənəd imzalayıb.
“Moskva İrəvanla əlaqələri qoruyub saxlamağa ümid edir. Ermənistanın KTMT-dən çıxması ilə bağlı bəyanatları onların suveren seçimidir, lakin Moskva ümid edir ki, heç bir müvəqqəti administrasiya bu ölkələr arasında əlaqələri pozmayacaq”, - deyə Lavrov qeyd edib.