“Rusiya sülhməramlılarının Azərbaycan ərazisində bundan sonrakı fəaliyyəti Bakı ilə müzakirə olunacaq”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Rusiya, Azərbaycan və Ermənistan üçün vacibdir:
“Moskva bu işin davam edəcəyinə ümid bəsləyir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır”.
Bizim.Media