DTX: "Vardanyan məsuliyyətə cəlb olundu" - VİDEO

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. 

Məlumata görə, toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak edib.

Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirilib.

Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arteta "Real"ın baş məşqçisi OLA BİLƏR

Arteta "Real"ın baş məşqçisi OLA BİLƏR

Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

Amerikalı senator İranda baş verənlər HAQDA: “Rejimin günləri sayılıdır”

İrandakı hadisələr Azərbaycanda farel balıqların qiymətini BAHALAŞDIRDI - VİDEO

İrandakı hadisələr Azərbaycanda farel balıqların qiymətini BAHALAŞDIRDI - VİDEO

Xamenei: "Xalqın dolanışığı çətindir"

Xamenei: "Xalqın dolanışığı çətindir"

“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi

“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi

İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO

İsrail ordusu HƏMAS komandirlərini zərərsizləşdirdi - FOTO

Göygöldə 30 yaşlı kişi toyda BIÇAQLANDI

Göygöldə 30 yaşlı kişi toyda BIÇAQLANDI

Azərbaycanlı aktyorun TOYU OLDU - VİDEO

Azərbaycanlı aktyorun TOYU OLDU - VİDEO

Türkiyə balı dünyanın ƏN BAHALI MƏHSULU seçildi

Türkiyə balı dünyanın ƏN BAHALI MƏHSULU seçildi

Vətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz - VİDEO

Vətəndaşlara XƏBƏRDARLIQ: İki min manatadək cərimə oluna bilərsiniz - VİDEO

“Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər

“Qarabağ”la matçdan öncə rəqib baş məşqçisi ilə sağollaşa bilər

Rusiya ordusu Xarkova hava zərbələri endirdi - VİDEO

Rusiya ordusu Xarkova hava zərbələri endirdi - VİDEO

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir? - VİDEO

Şadlıq evlərində “orta menyu” qiymətləri neçəyədir? - VİDEO

Suriya ordusu 2 aeroportu ələ keçirdi

Suriya ordusu 2 aeroportu ələ keçirdi

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?

"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Tramp Xamenei HAQDA: “Bu adam xəstədir”

Tramp Xamenei HAQDA: “Bu adam xəstədir”

Elza Seyidcahanı efirdə lağa qoyanları qınadı - VİDEO

Elza Seyidcahanı efirdə lağa qoyanları qınadı - VİDEO

Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi

Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi

Rusiyadan qara metallar daşıyan gəmi İtaliyada SAXLANILDI - VİDEO

Rusiyadan qara metallar daşıyan gəmi İtaliyada SAXLANILDI - VİDEO

Şəmkirdə müəmmalı ÖLÜM: ailəsi sübh tezdən meyitini tapdı

Şəmkirdə müəmmalı ÖLÜM: ailəsi sübh tezdən meyitini tapdı

“Turan Tovuz” ev oyunlarını Bakıda KEÇİRƏCƏK

“Turan Tovuz” ev oyunlarını Bakıda KEÇİRƏCƏK

Brokkolinin kişilər, qadınlar və uşaqlar üçün FAYDALARI

Brokkolinin kişilər, qadınlar və uşaqlar üçün FAYDALARI

“Sülh Şurası”nın tərkibi İsraillə razılaşdırılmayıb" - Netanyahunun ofisi

“Sülh Şurası”nın tərkibi İsraillə razılaşdırılmayıb" - Netanyahunun ofisi

End of content

No more pages to load

RADİO