Rusiya prezidenti Vladimir Putin Qarabağ ətrafındakı vəziyyəti müzakirə etmək üçün İran prezidenti İbrahim Rəisiyə zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, liderlər “3+3” regional məsləhət platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) aktivləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Putin və İran prezidenti telefon danışığında Qarabağla bağlı bütün məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Putin Rəisiyə Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti barədə məlumat verib.
Bizim.Media