“Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Rusiya sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb:
“Hələlik kimsə bu barədə heç nə deyə bilməz. Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir", - Peskov vurğulayıb.
Bizim.Media