Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan 1 ay müddətinə həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev bildirib.
Bildirilib ki, İrəvan Birinci İnstansiya Məhkəməsində hakim Masis Melkonyanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin təqdim etdiyi vəsatət təmin edilib.
Qeyd edək ki, L.Koçaryan sentyabrın 22-də İrəvanda keçirilən aksiya zamanı saxlanılıb. O, polis əməkdaşlarını döyməkdə ittiham olunur.
Bizim.Media