“İrəvan sülh sazişinin imzalanması məsələsində irəliyə doğru addım atılmasını çox istəyir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyan İlham Əliyevlə Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən səsləndirib.
"Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Sülh müqaviləsi imzalamağa hazırıq", - o, İctimai Televiziyaya açıqlamasında belə deyib.
Bizim.Media