Laçın-Xankəndi yolunun üzərində yerləşən kəndlərin demək olar ki, hamısı boşaldılır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, artıq ermənilər Şuşa rayonunun Sarıbaba kəndini tərk ediblər. Onlar Ermənistana getmək istədiklərini bildiriblər.
Razılaşmaya əsasən, Rusiya sülhməramlılarının müşayiəti ilə onlar artıq Ermənistanın Kornidzor qəsəbəsinə çatıblar.
Qeyd edək ki, sözügedən kənd 1992-ci ildə erməni işğalından sonra Yextsahoq adlandırılmışdı.
Bizim.Media