Qarabağda Azərbaycana qarşı saysız-hesabsız cinayətlər törətmiş “Yerkrapa Könüllülər Birliyi”nin keçmiş sədr müavini Albert Bazeyan İrəvanda saxlanılıb.
Bizim.Media bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, o, öz mənzilindən tutularaq gətirilib. Vəkil Akop Cangiryan bildirib ki, hələlik Bazeyana qarşı cinayət işi açılmayıb, istintaq davam edir.
Bundan əvvəl mətbuatda Bazeyanın Nikol Paşinyana qarşı sui-qəsd və ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinə hazırlaşdığı üçün bir gün əvvəl polisə aparıldığı barədə məlumatlar yayılmışdı.
Bizim.Media