Qarabağdakı qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan Xocalı aeroportunda olub və orada müvəqqəti qalan erməni əsilli Qarabağ sakinlərinə tezliklə Gorusa aparıla biləcəklərini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-ləri yayıb.
Mənbə yazır ki, bu gün ilk qrup Gorusa yola salınacaq:
“Sabah Qarabağdan şəxsi maşını ilə çıxa bilənlər üçün yol açıq olacaq”.
Bizim.Media