ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı tərəflər Azərbaycanın Qarabağ bölgəsində humanitar vəziyyət, eləcə də Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Bundan əlavə, Ermənistan-Azərbaycan sülh prosesinin perspektivləri, regional təhlükəsizlik və Ermənistan-ABŞ ikitərəfli gündəliyində duran məsələlər qeyd edilib.
Bizim.Media