Teymur Rəcəbovdan Aronyana CAVAB: \"Şəhərlərimiz dağıdılanda, susurdun\"

“Şahmatda manipulyasiyaya və yalana yer yoxdur. Bu oyun bizə dürüstlük və ədalət öyrədir.

Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəmişlər və təkcə lövhədə deyil, həm də fikirlərində və açıqlamalarında dürüstlük nümayiş etdirməyə borcludurlar. Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı bu, belə deyil”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan şahmat məktəbinin nümayəndəsi Teymur Rəcəbov “Facebook” hesabında erməni şahmatçının təxribat xarakterli açıqlamasına cavab olaraq yazıb. 

“44 gün davam edən İkinci Qarabağ Müharibəsi zamanı Aronyan “silah götürməyə və müharibəyə getməyə hazır olduğunu” bildirib. Təbii ki, Azərbaycana qarşı döyüşmək. Amma riyazi təfəkkürə malik olan Aronyan fikirləşdimi ki, bu bəyanatı ilə əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyib, Xankəndidəki separatçıları ruhlandırıb və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə öz “gənəsini” edib?”, – deyə Rəcəbov qeyd edib. 

O, şahmatın mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq, dünyanın hər yerindən olan insanları birləşdirdiyini diqqətə çatdırıb:

“Bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, burada hətta Soyuq Müharibə dövründə də şahmatçılar sülhün vasitəçisi və simvolu olublar. Əsrlər boyu ermənilərlə azərbaycanlılar yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birgə çalışıb, sevinib, kədərləniblər.

Lakin 90-cı illərdə erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlüklər” ideyaları qonşularımızın, eləcə də Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin beynini zəbt etdi. 

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxındır Ermənistanın işğalı altında olan ölkənin 7 rayonunu azad edəndə, Ermənistanı təslim olmağa və tam məğlubiyyətini etiraf etməyə məcbur edəndə Levon Aronyan susdu”. 

“Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri - bütün evlərin və tikililərin xarabalığa çevrildiyini göstərəndə Aronyan susdu. Aronyan Qafqazın Xirosiması - erməni işğalçıları tərəfindən yer üzündən silinmiş Ağdam şəhəri haqqında heç nə demədi.
Dağıdılan və ya tövləyə çevrilən məscid və ibadət evləri haqqında o yenə danışmadı. 

On minlərlə azərbaycanlı vəhşicəsinə işgəncələrə məruz qalıb, öldürülüb. Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə gətirdiyi misilsiz müsibətlər haqqında da erməni şahmatçı səssiz qaldı. 

O, inadla susdu”, - deyən Rəcəbov Aronyanın “Facebook”da Azərbaycana qarşı ittihamlar səsləndirdiyini, erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrarladığını qeyd edib. 

“Ağdam-Xankəndi yolu işləyəndə, keçid məntəqəsi fəaliyyət göstərəndə, hər iki istiqamətdə hərəkət edən yüklərə baxış keçirilərkən hansı “blokada”dan söhbət gedir.

Məhz Azərbaycanın səyi ilə həm Ağdam-Xankəndi, həm də Laçın-Xankəndi yolları fəaliyyətə başladı. Qarabağ həm dünya ictimaiyyəti, həm də son vaxtlar Ermənistan tərəfindən tanınan Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpağıdır. Orada yaşayan ermənilər isə Azərbaycana inteqrasiya etməlidirlər.  

Odur ki, Azərbaycan dövlətinin təklif etdiyi humanitar yardımı qəbul edin, Ağdam-Xankəndi yolunu bağlamayın”, - deyə Rəcəbov bildirib. 
 
Şahmatçımız bildirib ki, qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etibarının açarıdır:

“Gəlin səmimi olaq. Hər bir yalançı bəyanat şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının reputasiyasına xələl gətirir. Unutmayın ki, qrossmeysterlər öz söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına əməl etməlidirlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

End of content

No more pages to load

RADİO