Gürcüstan Qərbdən uzaqlaşaraq Rusiya ilə əlaqələrini möhkəmlətmək istəyir.
Bizim.Media “regnum.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə müxalifət blokunun liderlərindən biri Sergo Çixladze jurnalistlərə açıqlamasında deyib.
O ildirib ki, bizdə informasiya var ki, hökumət Moskva ilə gizli danışıqlar aparır. Çixladze bunun qarşısı dərhal alınmalıdır:
“Biz seçicilərimizlə görüşüb, onların motivasiyasa verəcəyik ki, ən azı etiraz aksiyalarında iştirak edib, ölkədə gedən proseslərdən xəbərdar olsunlar. Yoxsa son on beş ildə əldə olunan müstəqilliyimiz məhv ediləcək”.
Qeyd edək ki, Gürcüstanda "Gürcü Arzusu" təmsilçiləri ilə müxalifət liderləri arasında 12-19 mart tarixlərində bir sıra siyasi müzakirələr aparılıb.
Lakin bu danışıqlar heç bir nəticə verməyib, tərəflər bir-birlərini danışıqları pozmaqda günahlandırıblar. Bundan sonra müxalifət liderləri “təcili iş rejiminə” keçdiklərini elan ediblər.
Vüsalə Balayeva, Bizim.Media