Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ermənistan təxribatları barədə DANIŞDI – FOTO  

16 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. 

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, mövcud təhdid və çağırışlar müzakirə olunub. 

Nazir Ceyhun Bayramov, cari ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ABŞ dövlət katibi Entoni Blinken arasında təmaslar zamanı Ağdam-Xankəndi və Laçın yolunun eyni zamanda açılması istiqamətində əldə olunmuş razılığın həyata keçirilməsinə əngəl törədən tərəfin bundan öncəki razılıqlarda olduğu kimi Ermənistan və onun yaratdığı qondarma rejim olduğunu diqqətə çatdırıb.

Bu faktların da öz növbəsində bölgədə guya “humanitar böhran”, “blokada” olması ilə bağlı səsləndirilən iddiaların əksinə, vəziyyətin heç də humanitar deyil, əslində siyasi olduğuna dəlalət etdiyini bir daha göstərdiyi bildirilib. 

Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarına, bütün dünyada Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmasına, ərazilərimizdə separatçılığı dəstəkləməsinə baxmayaraq, ölkəmizin konstruktiv mövqe sərgiləməsinin fonunda bölgədəki vəziyyətlə yaxından tanış olan bir sıra beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ tərəfinin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlamasının qəbuledilməz olduğu bildirilib. 

Bu xüsusda, Ermənistanın bölgədə sülh və təhülükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin çıxışında öz əksini tapmasının təəssüf doğurduğu bildirilib. ABŞ tərəfi ilə 1 sentyabr razılığına uyğun olaraq yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneçilik törədilməsinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığı vurğulanıb. 

Ermənistanın son dövrlərdə atdığı addımların, o cümlədən 2 sentyabr tarixində Ermənistan baş naziri Nikol Paşinyanın ərazilərimizdə separatçılığı təşviq edən təbrik mesajının normallaşma və sülh prosesinə ciddi zərbə vurduğu xatırlanıb. 

Azərbaycanın yollardan paralel istifadə edilməsi üzrə razılığa sadiqliyi bir daha diqqətə çatdırılıb. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

Azarkeşləri daşıyan avtobus yolda yanıb kül oldu - FOTO

End of content

No more pages to load

RADİO