"Ermənistan üçtərəfli razılaşmaları icra etsə, heç bir aqressiya ilə üzləşməyəcək".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Azərbaycan tərəfindən Ermənistana aqressiya olacağı təqdirdə Rusiya Ermənistana hərbi yardım göstərəcəkmi?” sualına cavabında bildirib.
“Rusiya tərəfləri imza atdıqları sənədi icra etməyə çağıraraq öz vasitəçi rolunu həyata keçirir”, deyə o, qeyd edib.
Xatırladaq ki, üçtərəfli razılaşmalarının əsas müddəası Ermənistan silahlı qüvvələrinin təcili surətdə Azərbaycan ərazisindən çıxarılmasıdır. Ancaq indiyədək rəsmi İrəvan bunu icra etməyib.
Bizim.Media