Avropa İttifaqının missiyası Ermənistanın baş naziri Nikol Paşinyanın doğulduğu İcevan şəhərində əməliyyat bazası açıb.
Bizim.Media xəbər verir ki, bu informasiya təşkilatın X sosial şəbəkəsindəki (Twitter) səhifəsində yer alıb.
Mənbə yazır ki, açılış mərasimində müşahidə missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan və Tovuzqala (Tavuş) vilayətinin qubernatoru Ayk Qalumyan iştirak ediblər.
Bizim.Media