Avropa İttifaqı (Aİ) sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər"i tanımır.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin məlumatında qeyd edilib.
“Avropa İttifaqı (Aİ) bir daha bəyan edir ki, Qarabağdakı “seçkilər”in həyata keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımır”, - deyə bəyanatda bildirilir.
Bizim.Media