Ermənistan Baş naziri Nikol Paşinyanla Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Paşinyan müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu təsdiqləyib.
Bundan əlavə, tərəflər Azərbaycan-Ermənistan sərhədində artan gərginliyi müzakirə ediblər.
Qeyd edək ki, bu gün Paşinyanla Makron arasında da telefon danışığı reallaşıb. Həmin danışıqlar zamanı da Ermənistan Baş naziri Azərbaycan Prezidenti ilə təcili danışıqlara hazır olduğunu bildirmişdi.
Bizim.Media