Ermənistanın Goris şəhərində “Sputnik Armenia” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyan saxlanılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Jurnalist və blogerin hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
Qeyd edilib ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsi ərəfəsində Qərbin növbəti təxribatıdır.
Bizim.Media