Ermənistanda son gündə daha 1071 nəfər koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Mənbə bildirir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 183 min 127-yə yüksəlib.
Ölənlərin sayı isə daha 12 nəfər artaraq 3332-yə çatıb. Hazırda Ermənistanda 10 min 963 aktiv koronavirus xəstəsi var.
Bizim.Media