Amerika Erməni Diasporunun (ANCA) nümayəndələri kolumbiyalı jurnalist Roberto Trobaxo Hernandezə rüşvət verməyə cəhd ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalist özünün X səhifəsində yazıb.
"ANCA-nın emissarı mənə zəng edib, səfərimin pulunu ödəməyi və Ermənistanda qalmağı, həmçinin onlardan televiziya reportajları və məqalələr hazırlamağı təklif etdi.
Mən çox dəyərliyəm: Azərbaycan xalqı və hökuməti ilə sədaqətimi, dostluğumu bir neçə min dollara almaq və ya satmaq olmaz", deyə o, qeyd edib.
Bizim.Media