Azərbaycan Fransadan göndərilən "humanitar yükü" Qarabağa buraxmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Fransanın göndərdiiyi 10 yük maşını iyulun 26-dan sərhəddə gözləyən Ermənistanın “Spayka” avtomobillərinin sırasına düzülüb.
Yük maşınları Paris şəhərinin meri Anna İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə Azərbaycan sərhədinə gəlib.
Qeyd edək ki, “Spayka” avtomobilləri Ermənistan tərəfindən göndərilib, lakin Azərbaycanın razılığı olmadığı üçün həmin vaxtdan orada gözləyir.
Bizim.Media