Ürək böhranı keçirən bir azərbaycanlı sürücü Xankəndidəki xəstəxanaya aparılaraq ürək əməliyyatı edilib, onun damarlarına stend qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” nəşri məlumatlı bir mənbəyə istinadən yayıb.
Bildirilib ki, cümə günü sosial şəbəkələrdə rus sülhməramlılarının müşayiəti ilə bir azərbaycanlı sürücünün Xankəndi xəstəxanasının şöbələrindən birində müalicə aldığı barədə məlumatlar tirajlanıb.
“Sputnik Ermənistan” saytı qondarma rejimin bəzi “rəsmiləri” ilə əlaqə qurmağa çalışıb, lakin mövzu ilə bağlı heç kəs şərh verməyib.
Hazırda xəstənin Bakıya çatdırıldığı deyilir.
Bizim.Media