Avqustun 22-də boksçu Ümid Mustafazadə Təbriz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranda İnsan Haqları Təşkilatı (HRANA) yayıb.
Qeyd edək ki, hələlik idmançının həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə dəqiq məlumat yoxdur.
Xatırladaq ki, o, “Traktor” futbol komandasının oyununda Urmu gölünün qəsdən qurudulmasına qarşı etiraz şüarları səsləndirmişdi.
Bizim.Media