Qarabağda sülhməramlıların olması Rusiyanın da maraqlarına uyğun deyil - Erməni analitik

"Qarabağda sülhməramlıların olması, hətta Rusiyanın özünün də maraqlarına uyğun deyil. Son vaxtlar bu mövzu Moskva üçün “baş ağrısına” çevrilib". 

Bizim.Media xəbər verir ki, bu fikirlər İrəvandakı İqtisadi və Siyasi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Beniamin Poqosyanın ABŞ-da nəşr olunan və ermənilərə məxsus olan “The Armenia Mirror Spectator” qəzetində dərc etdiyi məqaləsində yer alıb. 

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatı imzalayanda hamıya elə gəlirdi ki, Kreml Cənubi Qafqazda “daha   bir qələbə” əldə edib:

“Sirr deyil ki, Rusiya 2014-2015-ci illərdə danışıqlar zamanı Qarabağda sülhməramlılarının olmasını israr edirdi.

Beləliklə, 10 noyabr bəyanatının imzalanmasından bir neçə saat sonra Rusiya sülhməramlıları Qarabağa daxil olanda Ermənistanda elə bir hiss yarandı ki, indi ermənilərin təhlükəsizliyi təmin olunub. Mütəxəssislər rus qoşunlarının girdikləri ərazini heç vaxt tərk etməyəcəyinə əmin olaraq bu ifadəni bir mantra kimi dəfələrlə təkrar ediblər. Hamı əmin idi ki, ruslar həmişəlik Qarabağda qalacaqlar və regionun statusu heç vaxt  təsdiqlənməyəcək, bu da Qarabağ ermənilərinin "müstəqilliyini" faktiki təmin edəcək.
Amma məlum oldu ki, Ukrayna müharibəsi nəticəsində Azərbaycanın Rusiya üçün dəyəri hədsiz dərəcədə artıb, çünki bu ölkə İrana ən qısa tranzit marşrutunu təmin edir, həm də Rusiyanı Hindistanla və digər Asiya ölkələrilə birləşdirəcək dəhlizin yaradılmasına öz töhfəsini verir. Buna əsaslanaraq, Moskvanın Qarabağda hərbi mövcudluğunu daimi etmək üçün Bakı ilə münasibətlərini pisləşdirəcəyi fikri çox real səslənmir".

Onun fikrincə, Rusiya yekun sazişin imzalanması üçün Ermənistan və Azərbaycan liderlərini Moskvaya dəvət etmək ümidi ilə sülh prosesinə rəhbərlik etməyə çalışacaq, eyni zamanda, Kreml Qarabağda yaşayan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün öz dəstəyini göstərəcək.

“Rusiya 2025-ci ilin noyabrından sonra öz əsgərlərini Qarabağda saxlamaqda maraqlıdırmı? Həm "bəli", həm də "xeyr".

Bəli, ona görə ki, Rusiya sülhməramlılardan hələ də Azərbaycana təsirini artırmaq üçün alət kimi istifadə edə bilər. Xeyr, çünki Rusiya Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir və Bakı ilə münaqişənin olmasını istəmir. Hər halda, Rusiyanın Cənubi Qafqazda əsas məqsədi Qarabağda hərbi mövcudluğunu saxlamaq deyil, ABŞ-ın onu regiondan sıxışdırıb çıxarmaq və ya təsirini azaltmaq cəhdlərinin qarşısını almaqdır.

Bu kontekstdə Qarabağdakı rus sülhməramlıları Kreml üçün Cənubi Qafqazdakı təsir məsələsinin həllindən daha çox problemə çevrilə bilər”, - deyə erməni politoloq yekunlaşdıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Bakıda parkın ərazisi niyə hasarlanıb? - VİDEO

Qızıl kəskin şəkildə ucuzlaşdı

Qızıl kəskin şəkildə ucuzlaşdı

Ermənistan İrana humanitar yardım göndərib

Ermənistan İrana humanitar yardım göndərib

Yaxın 3 günün geomaqnit PROQNOZU

Yaxın 3 günün geomaqnit PROQNOZU

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Si Cinpin: “Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır”

Çin Sədri İlham Əliyevi təbrik edib

Çin Sədri İlham Əliyevi təbrik edib

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Fransanın sabiq baş naziri VƏFAT EDİB

Əli Laricanin məzarının FOTOSU

Əli Laricanin məzarının FOTOSU

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Ermənistan-Türkiyə sərhədinin açılacağı tarix bəlli oldu - KİV

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Şəhid anası: “Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır” – VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Moskvanın mərkəzində güclü yanğın - Ölənlər var - VİDEO

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

Azərbaycan Prezidenti: “Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır”

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” - Prezident

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

İlham Əliyev: “Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək”

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

İlham Əliyev "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında – FOTO

Putin Çinə GEDİR

Putin Çinə GEDİR

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Nyu-Yorkdakı təyyarə qəzasında iki pilot həlak olub

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Azərbaycanda şəkər istehsalı 34%-ə yaxın artıb

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Mənzildə düzgün hava axınını təşkil etməyin SADƏ YOLU

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Uzun mətnlər yazanlarda şizofreniya əlamətləri aşkarlandı

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

Tanınmış fotoqrafın evində yanğın hadisəsi baş verdi - VİDEO

End of content

No more pages to load

RADİO