Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu qeyri-müəyyən şəraitdə ölüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Jora Karapetyan qeyri-müəyyən şəraitdə güllə yarası alıb. Onun aldığı yaradan öldüyü qeyd edilib. Araşdırma aparılır.
Bizim.Media