Ermənilər “Arsax"ın (Qarabağdakı qondarma rejim) "acından" ölən uşaqları" haqqında yazmadıqları üçün Rusiya mediasından inciyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın “Yerkramas” nəşri yayıb.
Mənbə qeyd edir ki, “Pravda”, “İzvestiya”, “Komsomolskaya Pravda”, REGNUM informasiya agentliyi öz saytlarında bu mövzuda heç nə yazmırlar.
Ermənilər bu mövzuya qadağanın TASS-ın baş direktorunun müavini Mixail Qusman tərəfindən qoyulmasından şübhələnirlər.
Onlar hesab edirlər ki, Rusiya mediasının ermənilərə qarşı marağı itib. Bu baxımdan resurslarında Azərbaycan haqqında pis heç nə yazmırlar.
Bizim.Media