İranda Baş prokuror və Ali Məhkəmənin sədri dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyinin əmri ilə ölkənin Baş prokuroru və Ali Məhkəmənin sədri dəyişdirilib.
Əmrə əsasən, Məhəmməd Mohadi Azad İranın Baş prokuroru, Məhəmməd Cəfər Müntəziri isə ölkənin Ali Məhkəməsinin sədri təyin edilib.
Bizim.Media