Qarabağda müharibə zamanı ölən erməni hərbçilərinin qalıqlarının axtarışı sabah davam edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı yayıb.
Mənbə yazır ki, axtarışa bu gün əlverişsiz hava şəraiti səbəbindən fasilə verilib.
Qeyd edək ki, indiyədək Qarabağda 1499 erməni cəsədi tapılıb, bunlardan 23-ü, ilkin məlumatlara görə, mülki şəxslərdir.
Bizim.Media