İranda İnsan Haqları Təşkilatının xəbər agentliyi İran Məhkəməsinin son 10 ildə 4829 vətəndaşı edam etdiyini, onlardan 40 nəfərdən çoxunun isə uşaq və azyaşlı olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, təşkilatın məlumatına əsasən, 2013-cü ildən bu ilə qədər ümumilikdə bu qədər insan edam edilibsə, cari ildə bu tendensiya şokedici artımla üzləşib və bu artım may ayının ortalarından hər həftə orta hesabla 10 İran vətəndaşının edam edilməsi deməkdir.
Bizim.Media