İrəvan üçün ÖLÜM SSENARİSİ – Ermənistan böyük güclərin toqquşma MEYDANINA ÇEVRİLİR

Artıq Kanada da Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasına qoşulmaq niyyətini bildirib. Avropa İttifaqı Şurasının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi də öz növbəsində Kanadanın Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına töhfə vermək təklifini qəbul edib.

Bununla bağlı fikirlər Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin iyulun 18-də qəbul etdiyi qərarda öz əksini tapıb.

“Kanadanın Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töhfəsi qəbul edilir və mühüm hesab olunur. Kanada EUMA büdcəsinə töhfə köçürməkdən azaddır”, - deyə qərarda qeyd edilib. 

Qeyd edək ki, Ermənistanda Rusiya hərbi hissəsi fəaliyyət göstərib. Bundan başqa, bu ölkənin Türkiyə və İranla sərhədini də Rusiya ordusu qoruyur. Bu azmış kimi artıq xeyli müddətdir Aİ monitorinq missiyası da ErmənistanıN Azərbaycanla sərhədində cəmləşib.
İndi isə Kanada da bu qüvvələrə qoşulur. Bütün bunlar aydındır ki, Rusiyanı əməlli-başlı qıcıqlandırır. Moskva özündən başqa digər kənar qüvvələrin bölgədə olmasını həzm edə bilmir. Bu fonda da Rusiya Paşinyana təzyiqlər edir.

Belə bir vəziyyətdə Kanadanın da Aİ missiyasında iştirak etməsi istər-istəməz Moskvanın İrəvana qarşı təhdidlərinin artması ilə müşayiət olunacaq. 

Ermənistandakı xarici qüvvələrin sayının artması bu ölkə üçün hansı təhlükələri yaradır.

Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədov bildirir ki, Paşinyan hakimiyyəti Ermənistanda xarici ölkə hərbi qüvvələrinin sayının artmasının əvvəl-axır cəzasını çəkməli olacaq: 

“Avropa İttifaqı missiyasını Ermənistana dəvət etməklə Nikol Paşinyan dövlətinin təhlükəsizliyini təmin edəcəyini düşündü. Bu addım Azərbaycan sərhədində törədilən uğursuz sentyabr təxribatından sonra baş verib.

Ermənistan baş naziri təkcə Aİ-nin deyil, eyni zamanda, KTMT və ATƏT-in müşahidə missiyasını da bölgəyə gətirmək üçün cəhdlər göstərib. Aİ-nin missiyası əvvəlcə qısa müddətə, daha sonra isə iki il müddətinə Ermənistanda yerləşdirildi. 

İndi Kanada da prosesdə iştirak niyyətini ortaya qoyub. Ola bilsin ardınca gələcəkdə digər dövlətlər də həmin missiyada iştirak etmək istəklərini bildirsin. Aydındır ki, Ermənistanın bu addımı ilk növbədə Rusiyanın kəskin qəzəbinə səbəb olub.

Bu gözlənilən idi. Rusiya Ukraynada kifayət qədər ağır durumda olmasaydı, atılan bu addımlara görə İrəvanı ciddi şəkildə cəzalandıra bilərdi. 

Ancaq bu o demək deyil ki, Rusiya Ermənistanın atdığı bu addımı ona bağışlayacaq. Moskva İrəvanın bu hərəkətini unutmayacaq və nəticədə hansısa formada Ermənistan şübhəsiz ki, belə yanaşmanın cəzasını çəkəcək. Bu hərbi məsələlər, iqtisadi amillərlə də bağlı ola bilər. Rusiya hətta Ermənistana satdığı qazın qiymətini artıra da bilər.

Ermənistanda xarici hərbi qüvvələrin sayının artması beynəlxalq güclərin bu ölkəni hərbi plasdarma, bir-birilə toqquşma mərkəzinə çevirmələrinə gətirib çıxara bilər. Bu isə nəinki Paşinyan hakimiyyətinin özü, ümumiyyətlə Ermənistan üçün ciddi təhdidlərin yaranması demək olacaq.

Belə davam edəcəyi təqdirdə, Ukraynanın ardınca Ermənistanın da dünyanın güc mərkəzlərinin toqquşma meydanına çevriləcəyini də istisna etmək olmaz. 

Aİ missiyasının bölgəyə gəlişi hələ ki, Ermənistanın ümidlərini doğrultmayıb. İrəvan ümid edirdi ki, Aİ-nin müşahidə missiyası ardıcıl olaraq, Azərbaycan əleyhinə bəyanatlarla çıxış edəcək və bu da Ermənistanın dünyada yaratmaq istədiyi ictimai rəyə xidmət edəcək.
Ancaq bu ümidlər özünü doğrultmayıb. Aİ missiyası hələlik prosesləri ancaq uzaqdan müşayiət etməklə kifayətlənir və Ermənistanın gözlədiyi addımları atmır”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz”da ingiltərəli futbolçu

“Turan Tovuz”da ingiltərəli futbolçu

DYP-dən bölgələrə səfər edən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən bölgələrə səfər edən sürücülərə XƏBƏRDARLIQ

Ağsu aşırımında bir neçə avtomobil yolda qaldı - FOTO

Ağsu aşırımında bir neçə avtomobil yolda qaldı - FOTO

Tehranda mülki şəxslərə qarşı zorakılıq - VİDEO

Tehranda mülki şəxslərə qarşı zorakılıq - VİDEO

Şəmkirdə pilləkəndən yıxılan kişi öldü

Şəmkirdə pilləkəndən yıxılan kişi öldü

Qar binaların 4-cü mərtəbəsinə çatdı - VİDEO

Qar binaların 4-cü mərtəbəsinə çatdı - VİDEO

Rəşid Behbudovun kürəkənindən Şərif Ağayara CAVAB: "Aftafa" mövzusu ilə tanınmış birisidir

Rəşid Behbudovun kürəkənindən Şərif Ağayara CAVAB: "Aftafa" mövzusu ilə tanınmış birisidir

Pakistanda ticarət mərkəzi yanır - 5 ölü, 18 yaralı var - VİDEO

Pakistanda ticarət mərkəzi yanır - 5 ölü, 18 yaralı var - VİDEO

İranda internet bərpa olundu, rejimin cinayətləri üzə çıxdı - VİDEO

İranda internet bərpa olundu, rejimin cinayətləri üzə çıxdı - VİDEO

ABŞ qoşunları İraqdan çıxarılır - VİDEO

ABŞ qoşunları İraqdan çıxarılır - VİDEO

Bu tarixdə doğulanlar çox sadiq olurlar – Sevgidə də, dostluqda da

Bu tarixdə doğulanlar çox sadiq olurlar – Sevgidə də, dostluqda da

“Ağ xalat sindromu” - Həkim görəndə təzyiq niyə qalxır?

“Ağ xalat sindromu” - Həkim görəndə təzyiq niyə qalxır?

SON DƏQİQƏ: İran diplomatı İsveçrədən sığınacaq istədi

SON DƏQİQƏ: İran diplomatı İsveçrədən sığınacaq istədi

Argentina SEPAH-ın Qüds qanadını terror təşkilatı elan etdi - FOTO

Argentina SEPAH-ın Qüds qanadını terror təşkilatı elan etdi - FOTO

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO

Xamenei: “İran xalqı fitnənin belini qırdı” - VİDEO

Xamenei: “İran xalqı fitnənin belini qırdı” - VİDEO

“Yuventus” səfərdə məğlub oldu - VİDEO

“Yuventus” səfərdə məğlub oldu - VİDEO

Pentaqon Alyaskada 1 500 hərbçini döyüş hazırlığına gətirdi

Pentaqon Alyaskada 1 500 hərbçini döyüş hazırlığına gətirdi

“Qalatasaray” öz meydanında xal itirdi - VİDEO

“Qalatasaray” öz meydanında xal itirdi - VİDEO

Tehran valisi əhaliyə dəyən zərərləri ödəyəcək?

Tehran valisi əhaliyə dəyən zərərləri ödəyəcək?

“Arka Sokaklar”ın ulduzu 20 ildən sonra serialdan AYRILIR - FOTO

“Arka Sokaklar”ın ulduzu 20 ildən sonra serialdan AYRILIR - FOTO

Kadırovun oğlunun düşdüyü qəza ilə bağlı YENİ DETALLAR - FOTO

Kadırovun oğlunun düşdüyü qəza ilə bağlı YENİ DETALLAR - FOTO

Dünya İqtisadi Forumundan 2026-cı ildə qlobal risklərlə bağlı HESABAT

Dünya İqtisadi Forumundan 2026-cı ildə qlobal risklərlə bağlı HESABAT

Nəfəs Şəbnəmin ad gününə yazdırdığı pulu AÇIQLADI

Nəfəs Şəbnəmin ad gününə yazdırdığı pulu AÇIQLADI

End of content

No more pages to load

RADİO