Ermənistanda son gündə 818 yeni koronavirus infeksiyası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı respublikanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinə istinadən yayıb.
Mənbə bildirir ki, ümumilikdə, 12 martadək ölkədə koronavirusa yoluxan 177 min 104 nəfər qeydə alınıb.
Hazırda 7308 nəfər müalicə olunur. Onların sayı son sutkada 536 nəfər artıb. 165.718 nəfər sağalıb, 3243 xəstə ölüb (son gündə 4 nəfər).
Ölənlərin ümumi sayı 4078-ə çatıb.
Bizim.Media