Azərbaycanın Əsgəran rayonunda Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən 60 yerlik blok-modul şəhərciyi salınıb.
Bizim.Media Rusiya Müdafiə Nazirliyinin saytına istinadla məlumat verir ki, bu, sülhməramlı kontingentin hərbi heyəti üçün tikilən sayca doqquzuncu şəhərcikdir.
Bildirilib ki, şəhərcikdə şəxsi heyətin rahat yaşayışı üçün lazımı şərait yaradılıb.
Bizim.Media