Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Derek Hoqan ilə İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqları müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Mənbə yazır ki, tərəflər regional təhlükəsizlik məsələsini də müzakirə ediblər.
Bizim.Media