İstanbulun Beylikdüzü məhəlləsində bir evdə silahla başından vurulduqdan sonra ölü tapılan qızın intihar etdiyi ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “haberler.com” saytı yayıb.
Mənbə yazır ki, araşdırmalardan sonra gənc qızın sevgilisi tutulub.
Saat 14.40 radələrində Beylikdüzü məhəlləsində baş verən hadisədə polis əməkdaşları atəş səslərindən sonra evə girib və G.Z. adlı qızın silahla başından öldürüldüyü aşkar edilib.
Hadisədən sonra gənc qızın sevgilisi, Azərbaycan vətəndaşı X.B. nəzarətə götürülərək polis bölməsinə aparılıb.
Nəticədə qızın intihar etdiyi müəyyənləşib. İddia olunur ki, onu intihara azərbaycanlı oğlan sövq edib.
Bizim.Media