"Ermənistan və Azərbaycan bir sıra fundamental məsələlərdə razılığa gələ bilmirlər".
Bizim.Media "aysor.am" saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərin sülh müqaviləsi ilə bağlı verdikləri sualı cavablandırarkən səsləndirib.
“Xəritələr, təhlükəsizliyin təmin edilməsi, Qarabağda yaşayan etnik ermənilərin hüquqları, Xankəndi ilə Bakı arasında dialoqla bağlı məsələlərdə fikir ayrılıqları var.
Təəssüf ki, hazırda razılaşma yoxdur və tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir", deyə o, qeyd edib.
Bizim.Media